Sizin reklam burada
Sizin reklam burada

Deputat 4 min dollarlıq eynək taxır? - FOTO

Deputat 4 min dollarlıq eynək taxır? - FOTO



Bir müddət öncə Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı təqdim etdiyi siyahıya adı düşməyən Milli Məclisin V və VI çağırış üzrə deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə biznes siyahısı və rəhbərlik elədiyi sahə ilə bağlı iddialar haqda mediada xəbərlər yayılıb.

İddia olunub ki, onun YAP-ın builki seçkilərdə adının siyahıya salınmamasına da elə bu məsələlər təsir edib.

Bunların həqiqət olub-olmamasını bilmirik. Çünki sabiq deputat bu məlumatı cavasız qoyub.

Lakin diqqət çəkən məqam isə bu dəfə onun bahalı eynəyidir.

M.Abbaszadə bir müddət öncə Laçında baş tutan mini-futbol turnirini izləyib.

32gun.az-a daxil olan məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru matçı izlərkən taxdığı günəş eynəyi "RayBan" markasının "Aviator solid Gold" modelidir. Həmin modelin qiyməti isə 4245 dollardır.
Deputat 4 min dollarlıq eynək taxır? - FOTO

  • Sosial şəbəkədə paylaş