Sizin reklam burada
Sizin reklam burada

Bakıda yük avtomobili yandı

Bakıda yük avtomobili yandı




Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verib
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Ford” markalı yük avtomobilində yanğın baş verdiyi məlum olub.

Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

  • Sosial şəbəkədə paylaş