Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda ehtiyatda olan hərbçilər yenidən təlimə çağırıldı

Ermənistanda ehtiyatda olan hərbçilər yenidən təlimə çağırıldı




Ermənistanda ehtiyatda olan hərbçilər üçün yeni təlim toplanışı elan edilib.
"Armenian News" xəbər verir ki, bu barədə hökumətin iyunun 22-də keçirilən iclasında qərara qəbul olunub.
2023-cü il avqustun 1-dən oktyabrın 13-dək ehtiyatda olan sıravi və zabitlər, habelə birinci ehtiyat qrupunun birinci və ikinci kateqoriyaları üzrə qeydiyyatda olan gizirlər üçün daxil olmaqla, təlim-məşq toplanışları elan edilib.
Ümumən toplanışa 2352 nəfər və 205 texnika cəlb olunacaq.
Elan edilən təlim-məşq toplanışına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb olunacaq.

  • Sosial şəbəkədə paylaş