"Bakı və Tbilisi arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı rəsmi müzakirələr bərpa olunub".
Bu barədə Gürcüstan XİN açıqlayıb.
Məlumata görə, mövzu dünən Tbilisidə Gürcüstan-Azərbaycan ikitərəfli siyasi məsləhətləşmələri zamanı müzakirə olunub.
Müzakirələr iki ölkənin xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsaliya arasında baş tutub.
