Sizin reklam burada
Sizin reklam burada

Adil Baxşəliyev : Azərbaycan təhsilinin uğurları .

Adil Baxşəliyev  : Azərbaycan təhsilinin uğurları .






Azərbaycan cəmiyyəti, eləcə də Azərbaycan elmi XX və XXI əsrlərdə çox sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz Ulu Öndərin adı ilə bağlı idi.
Azərbaycan xalqının nicat yerinə çevrilmiş Heydər Əliyevin siyasi kursu bu gün də inamla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyev milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik missiyası həyata keçirir. Ölkə başçısının rəhbərliyi altında illərdə həyata keçirilən ardıcıl tədbirlər təkcə sosial-iqtisadi inkişafa deyil, həm də elmi-intellektual tərəqqiyə, təhsildə dövrün tələbi ilə uzlaşan elm və təhsil islahatlarının həyata keçirilməsinə, insan kapitalının möhkəmləndirilməsinə, elmtutumlu texnologiyaların inkişafına yönəlmişdir. Cənab İlham Əliyev Azərbaycan xalqının gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında hər zaman bildirməklə yanaşı, fəal milli maarifçilik xətti yeridir. Respublikamız inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi istiqamətinə yönəldir. Ölkə iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması, təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha çevik islahatlar aparmağa imkan yaradır. Eyni zamanda, cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının daim müasirləşdirilməsini, iri dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirir. Azərbaycan Prezidenti İlham Əliyevin milli təhsil sisteminin inkişafı və problemlərinin həlli istiqamətində həyata keçirdiyi davamlı siyasətin qayəsində də məhz bu ali məqsəd dayanmışdır.
Sumqayıt Dövlət Universiteti bu gün də ölkəmizin ictimai-siyasi, elmi həyatında mühüm rol oynayan bir elm ocağıdır. Sumqayıt Dövlət Universitetinin son illər nüfuzunun artmasında, elmi potensialının güclənməsində, Universitetin Tarix və Coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyevinda müstəsna xidmətləri vardır.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri kimi Adil Baxşəliyev bütün həyatını Azərbaycanımızın inkişafına, elmi potensialının güclənməsinə sərf etmişdir.
Adil müəllim vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyət, yüksək texniki biliyi və təhsili olan, yüksək tibbi, iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir. !
Sadəlik, təvazökarlıq, mülayimlik, əməkdaşlara qarşı həssas və qayğıkeş münasibət Adil Baxşəliyevin xarakter ştrixləridir. Eyni zamanda işdə son dərəcə tələbkarlıq, öz vəzifə borcunu vicdanla, şərəflə, ləyaqətlə yerinə yetirməyənlərə güzəşt edilməməsi də Adil müəllimin iş prinsipidir. Məhz bu xüsusiyyətlər Adil müəllimi hər zaman qalibiyyətlərə aparıb.
Adil müəllimi bütün tələbə və müəllim kollektivi ona görə çox sevir ki, o, onlara, hamıya təmənnasız kömək edən böyük ürək sahibidir.
Media mənsubu olaraq hər zaman Adil müəllimin böyük əməllərini, elmi fəaliyyətini böyük qürur hissi ilə izləyirik. Məsuliyyətlə demək istərdik ki, Adil müəllimin fəaliyyəti ümummilli liderin tövsiyyələrinə, cənab prezidentin tələblərinə uyğun qurulub. Sumqayıt Dövlət Universitetinin bu günkü uğurlarının kökündə də bu amil dayanır.

  • Sosial şəbəkədə paylaş