Sizin reklam burada
Sizin reklam burada

Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı

Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı




Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il yanvarın 1-dək veriləcək.

Bu müddət daha əvvəl 2024-ci il oktyabrın 1-dək tarixi əhatə edirdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ