Sizin reklam burada
Sizin reklam burada

Ona yeni işində uğurlar arzulayırıq






Pərvanə İsmayılova “ Bizim Lider “ jurnalının redaksiya heyətinin
üzvüdür. O, həmişə dövlətçiliyimiz, vətənpərvrlik, tərbiyə mövzusunda yazdığı
məqalələrlə dövri mətbuatda çıxış edir (“ Vətən müharibəsi xalqımızın
tarixinə yazıldı”, “Azadlıq və istiqlaliyyət carçısı Əhməd Cavad”,” Heydər
Əliyev irsinin davamçısı” və b.).
O, Gəncə Dövlət Universitetini qurtardıqdan sonra orta məktəblərdə bir
müddət Azərbaycan dili və ədəbiyyat müəllimi, həmçinin Gəncə Dövlət
Universitetinin Azərbaycan dili kafedrasında baş müəllim işləmişdir
Sonra 2018 –ci il noyabr ayının 1-dən Bakı İdarəetmə və Texnologiya
Kollecinin ( İndiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya
Kollecinin)Tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
Fəalliğı ilə seçilən Pərvanə İsmayılova işlədiyi müddətdə Elm və Təhsil Nazirliyi
tərəfindən Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi “ adına layiq
görülüb.
P.İsmayılova bu yaxın günlərdə də yeni təyinat alaraq, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində yeni işə başlayıb. Bu
gün Pərvanə İsmayılova yeni işlə bərabər, həm də sentyabrın 3-də 60 yaşı
tamam olduğundan sevinc içərisindədir.
Biz də yubileyyarı bu münasibətlə ürəkdən təbrik edib, ona yeni işində
də uğurlar arzulayırıq.
Şakir CƏFƏROV,
filologiya üzrə fəlsəfə doktoru.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ