
Bu dəfə söhbət açacağımız xeyirxah insan Şirvan Milli Parkının direktoru Seymur Kərimovdan gedir .
Şirvan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə, 2003-cü ildə yaradılıb. Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarı parkın ərazisinə verilib. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarı Şirvan Milli Parkının, 6232 hektarı isə, Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarı isə, Bəndovan Dövlət Təbiət Yasaqlığı hesab edilir.

Şirvan Milli Parkının direktoru Seymur Kərimov hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur Seymur Kərimov Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Seymur müəllim öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Hər kəsə bəllidir ki, Seymur müəllim yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Seymur Kərimov hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Seymur Kərimov özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir. O, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər və vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir.
Qanunpress.com xəbər portalının kollektivi adından Şirvan Milli Parkının direktoru Seymur Kərimovu və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.
