
Bəşəriyyət iki sütun üzərində bərqərar olmuşdur: onlardan biri müəllim, digəri isə həkimdir. “Sağlam bədəndə sağlam ruh olar” deyən atalarımız bu kəlamı məhz hər iki sənət sahibləri-müəllim və həkimlər üçün söyləmişlər. Çünki müəllim elm, təlim-tərbiyə, əxlaq mənbəyidir. Həkimlik isə bütün bunlarla yanaşı bəşəriyyətin sağlamlığının keşiyində duran müqəddəs peşə sahibləridir.
Yazımın əsas qəhrəmanı
Həkim-nevropatoloq Vuqar Kərimov kimi...
Vuqar Kərimov zəngin mənəviyyata, yüksək insani keyfiyyətlərə malik olan sakit təbiətli bir insandır. O, həmçinin xoş rəftarı, diqqət və davranışı ilə də qəlblərə məlhəm olan bir ziyalı həkimdir. İnsan adətən, həkimə gedən zaman həyəcanlanır, qorxu hissi keçirir. Vuqar həkim xəstə ilə nəinki həkim-xəstə münasibətində olur, eyni zamanda xəstələrlə tam səmimi münasibət yaradır, onların hər biri ilə öz doğması, yaxını kimi rəftar edir. İmkansız insanlara, şəhid ailələrinə, yaşlı nəslə təmənnasız əl tutması, onların qayğısına qalması həkimin əsas xüsusiyyətidir. Çünki o, öz peşəsini sevən və ona sadiq qalan gözəl həkim, dəyərli insandır. Xəstələrinin dili ilə desək, Vuqar həkimin yanına gedib, onunla söhbət etmək özü bir məlhəmdir insana.
Mənim üçün xəstələrimin şəfa tapması və mənə xeyir-duasından böyük sevinc, xoşbəxtlik ola bilməz. Mənə öz peşəmi sevdirən məhz bu amillərdir. Vuqar həkim haqqında onun otağının qarşısında durub səbrlə növbə gözləyən xəstələrin danışdıqlarından, onların Vuqar həkimin ünvanına söylədiyi xeyir-duadan bir daha başa düşdüm ki, hər bir xəstənin ümid və inam yeridir Vuqar həkim.
Bəli, Vuqar həkim haqqında eşitdiklərimizdən belə qənaətə gəlmək olar ki, onun varlığı, hər bir dəqiqəsi insan həyatı üçün dəyərlidir, vacibdir. Onların hər biri onun şəfalı əllərindən sağlamlıq payı umur. Və inanırlar ki, öz hisslərində yanılmayıblar.
Bəli,dəyərli oxucular! Haqqında sizə bəhs etdiyim Həkim-nevropatoloq Vuqar Kərimov həqiqətən də olduqca səmimi və xeyirxah insan, xeyirxah olduğu qədər də öz işinə bütün varlığı ilə bağlı olan dəyərli həkimdir. Onun əlinin şəfasından xeyir görənlər onu bizim Vuqar həkim adlandırmaqda heç də yanılmayıblar. Bütün insani keyfiyyətlərə malik olan Həkim-nevropatoloq Vuqar Kərimova sağlıqlı uzun ömür arzulayır,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində müvəffəqiyyətlər arzulayıram.
