Sizin reklam burada
Sizin reklam burada

Mənəviyyatımız hara sürüklənir? – insan alveri, yoxsa kafe?

Mənəviyyatımız hara sürüklənir? – insan alveri, yoxsa kafe?




Əxlaqsız əməllərin intensiv xarakter aldığı kafelərdən biri də paytaxtın ən tanınmış prospektlərindən biri Babək prospektində yerləşir.
Redaksiyamıza mənbədən daxil olan məlumata əsasən Bakının Babək prospektində yerləşən kafe adı altında Ulduz adlı şəxs insan alveri ilə məşğul olduğunu aşkarladıq. Azərbaycanlıya xas olmayan, milli mentalitetimizə zidd olan hərəkətlərlə, yəni qadın alveri ilə məşğul olmağının şahidi olduq. Bu adam kafeləri kirayə götürüb əxlaqsız yuvası işlədir.
Bu qadına himayədarlıq edən şəxs kimdir? Hüquq-mühafizə orqanları buna niyə göz yumurlar?
Ulduz adlı şəxs işlətdiyi obyektləri xəstəliklər mənbəyinə çevirib. İlk əvvəl bu yerdə fəaliyyət göstərən insanlardan müsahibə aldım. Bildirdilər ki, adıçəkilən kafe hamını boğaza yığıb. Vəziyyət o həddə çatıb ki, küçədə və sair yerlərdə əxlaqsızlarla üzbəüz gəlirlər: Artıq rüsvay olduqlarını bildirirlər. Adı çəkilən kafenin yanından belə keçə bilmirlər, əxlaqsız hərəkətlərlə məşğul olurlar. Baxmyaraq adı çəkilən yer qəbristanlıq və şəhid məzarlarına yaxın bir yerdədir. Buna baxmayaraq Ulduz adlı şəxs öz çirkin əməllərindən əl çəkmir. Şəhid ruhuna etinadsızlıq edir.
Xətai Rayon Polis İdarəsi bu kafe haqqında niyə ölçü götürmür?
Burada yaşayan sakinlər deyirlər ki, bu biabırçılıqla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, səslərinə səs verən yoxdur. Heç kim bu məsələyə müdaxilə edib bu biabırçılığı aradan qaldıra bilmir. Çox qəribədir polis bu məkana gəlsə də amma neqativ hallar, əxlaqsızlıq hələ də davam edir. Belə aydın olur ki, polis “haqq” alıb bu kafeyə bu cür əməllərin yayılmasına şərait yaradır. Vətəndaşlar redaksiyamız vasitəsi ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət edib bildirirlər ki, bu kafe barəsində ciddi ölçü götürüb, insan alverinin qarşısı alınsın.
Kafenin işlədən Ulduz heç kimdən və heç nədən qorxmadığını deyir.
Ulduza bildirmək istəyirik ki, qanuni dövlətdə yaşayırıq. Qanun hər kəsdən üstündür. Daha ətraflı videosujetdə öz əksini tapmışdır.


Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

P.S. Bu insan haqqında daha şok faktlarla sizi bir azdan tanış edəcəyik.
Bizi izləyin…


Xeberim.info

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ