
Zurab Pataradze 2025-ci il yanvarın 1-dən Gürcüstanın Azərbaycandakı səfiri postunu tərk edəcək.
“Qafqazinfo” Gürcüstanın “Business Media” portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar verib.
Z.Pataradze 2018-ci ilin avqustundan sözügedən vəzifəni icra edib.
Bununla belə, onun hansı ölkəyə yeni səfir təyin ediləcəyi açıqlanmayıb.
