
Qeyri-iş günü elan olunmuş 28 may tarixində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarlar şənbə gününün qrafiki ilə hərəkət edəcək.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, sərnişinlər hərəkət cədvəli ilə www.ady.az saytında və ya “ADY Mobile” tətbiqində tanış ola bilərlər.
