“Qafqazinfo” xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.
Layihələr müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Nuranə Daxilqızı
