Sizin reklam burada
Sizin reklam burada

Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama

Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, insident kollecin “Gənclik korpusu”nda qeydə alınıb.

Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Məsələ ilə bağlı Humanitar Kollecdən “Azərbaycan müəllimi”nə bildirilib ki, hadisənin başvermə şəraiti və təfərrüatı ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: “Noyabrın 2-si Humanitar Kollecin tələbələri arasında dərsdənkənar vaxtda insident baş verib. Xəsarət alan tələbəyə müvafiq tibbi yardım göstərilib, hazırda səhhətinin qənaətbəxş olduğu bildirilib. Hadisənin təfərrüatı ilə bağlı rəsmi araşdırmanın nəticələrini gözləməyi və təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyi xahiş edirik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ