Sizin reklam burada
Sizin reklam burada

13 marşrutun dayanacaq yeri dəyişdirildi

13 marşrutun dayanacaq yeri dəyişdirildi




Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının əsas mərhələsində baş tutaçaq “Qarabağ”-“Lion” oyunu ilə əlaqədar Stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 14:00-dən avtobusların girişi məhdudlaşdırılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.

Məhdudiyyətlə əlaqədar 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ