Azərbaycanda 2024-2026-cı illər üzrə dövlət müəssisələrinin (DM) istiqraz həcmində proqnozlaşdırıla bilən artım potensialı 1,3 mlrd. manatdır.
Bu barədə Bakı Fond Birjasının (BFB) 2024-2026-cı illər üzrə Strateji İnkişaf planında bildirilib.
Qeyd edilib ki, proqnozlaşdırılan institusional investor potensialı 2,5 mlrd. manat, korporativ istiqrazların həcmində proqnozlaşdırılan artım 1,5 mlrd. manat, proqnozlaşdırılan fərdi investor potensialı isə 280 mln. manatdır.
