Sizin reklam burada
Sizin reklam burada

Taleh Kazımov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Taleh Kazımov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb




Taleh Kazımov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) 2025-2028-ci illər üzrə Ölkə Tərəfdaşlığı Çərçivəsinə (ÖTÇ) uyğun olaraq investisiya layihələrini müzakirə edib.

Bu gün WB-nin nümayəndə heyəti ilə görüşdük. Görüşdə qurumun Azərbaycandakı cari fəaliyyəti, yeni ÖTÇ-nin hazırlanması istiqamətində görülən işlər, onun əhatə edəcəyi strateji istiqamətlər, investisiya layihələri, o cümlədən ölkəmizin inkişaf prioritetləri və planları üzrə fikir mübadiləsi apardıq. Eyni zamanda, gələcək əməkdaşlıq perspektivlərini və həyata keçirilən texniki yardım layihələrini müzakirə etdik", - deyə o qeyd edib.

  • Sosial şəbəkədə paylaş