Sizin reklam burada
Sizin reklam burada

AZAL Bakıdan Minskə reyslər açır

AZAL Bakıdan Minskə reyslər açır



Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin 2023-cü il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.
Minskə uçuşlar üçün aviabiletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Minsk unikal görməli yerlərlə və rahat parklarla dolu gözəl və tarixi bir şəhərdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ