Sizin reklam burada
Sizin reklam burada

"Birbank" taksit kartlarında bütün əməliyyatlarda güzəşt müddəti 63 günə qədər oldu

"Birbank" taksit kartlarında bütün əməliyyatlarda güzəşt müddəti 63 günə qədər oldu





Ölkənin ən məşhur taksit kartı olan "Birbank"ın şərtlərinə 8 iyul 2023-cü il tarixindən dəyişiklik edilərək daha sərfəli şərtlər müştərilərə təqdim edilir.

Belə ki, artıq məhsulun şərtlərinə dəyişiklik edilərək müştərilərə daha çox güzəşt müddəti verilir.

Artıq "Birbank" taksit kartları ilə nağdlaşdırma, köçürmə, kredit ödənişləri və digər növ maliyyə əməliyyatları zamanı da güzəşt müddəti 63 günə qədər artırılıb. Müştərilər istənilən növ "Birbank" taksit kartı ilə qeyd edilən əməliyyatları etdikdə məbləği növbəti ayın sonuna qədər geri ödədikdə, nağdlaşdırılan, eləcə də, köçürülən, kredit ödənişi edilən və digər maliyyə əməliyyatları edilən məbləğə faiz hesablanmayacaq.

Bütün "Birbank" kartlarının həm taksit, həm də debet növü mövcuddur. "Birbank Cashback" kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-ə qədər, "Birbank"da kommunal, mobil və stasionar rabitə, internet və TV ödənişlərində isə 1% "cash back" qazandırır. "Birbank Cashback" debet kartları ilə, həmçinin "Birbank Cashback" taksit kartlarında şəxsi vəsaitləri ay ərzində 5000 manata qədər istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

"Birbank Miles" kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin "Birbank Miles" debet kartları ilə də, həmçinin "Birbank Miles" taksit kartlarında şəxsi vəsaitləri ay ərzində 5000 manata qədər istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. "Birbank Umico" debet kartları ilə, həmçinin "Birbank Umico" taksit kartlarında şəxsi vəsaitləri isə ay ərzində 4000 manata qədər "Kapital Bank" ASC-yə məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

"Birbank" taksit kartları bir sıra üstünlüklərə daha malikdir: 18 aya qədər faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günə qədər güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. "Birbank" kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

"Birbank" kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud kartın "Facebook" və "Instagram" səhifəsinə müraciət edə bilərsiniz. "Birbank" kartını sifariş vermək üçün "Birbank" mobil tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, "WhatsApp" vasitəsilə (050) 999 81 96 nömrəsinə yazın və yaxud "Birbank" mərkəzlərinə müraciət edin.

  • Sosial şəbəkədə paylaş