Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın ən çox varlanan milyarderi AZƏRBAYCANLIDIR

Rusiyanın ən çox varlanan milyarderi AZƏRBAYCANLIDIR






“Bloomberg Billionaires Index”in məlumatına görə, 2023-cü ilin əvvəlindən Rusiya milyarderləri 16,5 milyard dollar zənginləşib.
Ümumilikdə, agentliyin məlumatına görə, ən zəngin 500 adam arasında 24 rusiyalı var. Onların ən zəngini “Lukoyl”un təsisçisi Vahid Ələkbərov seçilib – ilin əvvəlindən o, 4,8 milyard qazanıb, kapitalı isə 20,2 milyarda çatıb. Polad şirkəti Direktorlar Şurasının sədri Vladimir Lisin eyni vaxtda 3,22 milyard dollar qazanıb, aktivləri 23,1 milyard dollar dəyərində qiymətləndirilib.
Rusiyanın ən çox varlanan milyarderi AZƏRBAYCANLIDIR
“Novatek” və “Sibur” şirkətlərinin sahiblərindən biri Leonid Mixelson 1,5 milyard dollar varlanıb, sərvəti 26,1 milyard dollara yüksəlib. İkinci ortaq sahibi Gennadi Timçenko sərvətini 13,1 milyard dollara (üstəgəl 1,29 milyard dollar) çatdırıb. “LUKOIL” şirkətinin keçmiş vitse-prezidenti və həmsahibi Leonid Fedunun kapitalı 7,6 milyard dollara (üstəgəl 1,73 milyard dollar) çatıb. “Onexim” qrupunun sahibi Mixail Proxorov 14,7 milyard dollara (üstəgəl 1,46 milyard dollar) varlanıb.

  • Sosial şəbəkədə paylaş