Sizin reklam burada
Sizin reklam burada

Neftimiz 91 dollara düşdü

Neftimiz 91 dollara düşdü




Dünya birjalarında neft qiymətləri yenidən dəyişib.
Qanunpress.com xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 1,26% azalaraq, 1 barelə görə 83,91 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,5% azalaraq, 78,6 dollara bərabər olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,06 ABŞ dolları və ya 0,07% azalaraq, 91,17 dollara düşüb.

  • Sosial şəbəkədə paylaş