Sizin reklam burada
Sizin reklam burada

 "Oba market" şəbəkəsində YENİ TƏYİNAT

  "Oba market" şəbəkəsində YENİ TƏYİNAT




Azərbaycanın biznes sektorunun tanınmış şəxslərindən biri, bir sıra biznes layihələrinin müəllifi və iştirakçısı, marketinq üzrə mütəxəssis Hikmət Əliyev ölkənin ən böyük marketlər şəbəkəsində fəaliyyətini davam etdirəcək.
Qanunpress.com FED.az-a istinadla xəbər verir ki, Hikməti Əliyev, «Oba Market»in idarə heyətinin üzvü və Marketinq Departamentinin direktoru təyin edilib.
Xatırladaq ki, Hikmət Əliyev indiyədək çoxsaylı layihələrin və biznes təşəbbüslərinin müəllifi v iştirakçısı olub, ölkə iqtisadiyyatının bir sıra sahələrində çalışıb.
Hazırd mütəxəssis Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası-nın idarə heyətinin üzvü, «Endlessideas Agency» və «Grand Expo Azerbaijan» layihələrinin təsisçisidir.

  • Sosial şəbəkədə paylaş