
Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı piyada ağır xəsarət alıb.
Qanunpress.com xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.
Belə ki, minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Gəldiyev Rüfət Zərbəli oğlunu vurub.
Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
