Sizin reklam burada
Sizin reklam burada

Xırdalanda çay həvəskarları çayçını bıçaqladılar

Xırdalanda çay həvəskarları çayçını bıçaqladılar



Abşeron rayonunda çay evinin sahibi bıçaqlanıb.
Qanunpress.com xəbər verir ki, Xırdalan şəhərində çay evinin sahibi 1984-cü il təvəllüdlü Abdullayev Tural Arzu oğlu müştərilərin biri ilə mübahisə edib.
Mübahisə zamanı o, ayaq nahiyəsindən bıçaqla xəsarət alıb.
Yaralı təcili olaraq xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. T.Abdullayevə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş