Sizin reklam burada
Sizin reklam burada

Bakıda gənc qız qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib

Bakıda gənc qız qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib






Bakıda qətl hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda, Xaqani bağı ərazisində qeydə alınıb.

Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir -red) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirmədən ölüb.

Məlumata görə, gənc qız Səbail rayonundakı gecə klublarının birində xidmətçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş