Sizin reklam burada
Sizin reklam burada

Beyləqanda 13 yaşlı qız səhvən sirkə içdi - Bakıya təxliyə olundu

Beyləqanda 13 yaşlı qız səhvən sirkə içdi - Bakıya təxliyə olundu





Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib.
G.Quluzadə səhvən sirkə turşusu içib. Ailə üzvləri dərhal onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, hadisə bu gün saat 08:00 radələrində baş verib. Zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub.

Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakıda Respublika Toksikologiya Mərkəzinə təxliyə olunub.

  • Sosial şəbəkədə paylaş