Sizin reklam burada
Sizin reklam burada

Əvvəl “VAZ”la toqquşdu, sonra divara çırpıldı

Əvvəl “VAZ”la toqquşdu, sonra divara çırpıldı


Balakəndə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 15 radələrində Balakən rayonunun İtitala kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü sürücü Surac Ramazanov “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Bu səbəbdən nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ