Sizin reklam burada
Sizin reklam burada

Xəzərdən 2 nəfərin meyiti çıxarıldı

Xəzərdən 2 nəfərin meyiti çıxarıldı



Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında 2 nəfər Xəzərdə batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazidə batan şəxslərlə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ