Sizin reklam burada
Sizin reklam burada

FHN Bakıda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

FHN Bakıda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb





Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2 ədəd “Hyundai” və 1 ədəd “Daewoo” markalı üç minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ