Sizin reklam burada
Sizin reklam burada

Yerin təkindən istifadə qaydalarını pozanlar məsuliyyətə cəlb edildi

Yerin təkindən istifadə qaydalarını pozanlar məsuliyyətə cəlb edildi




Balakəndə yerin təkindən istifadə qaydalarını pozan altı nəfər məsuliyyətə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçirib.

Tədbirlərlə qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

  • Sosial şəbəkədə paylaş