Sizin reklam burada
Sizin reklam burada

Suraxanıda avtomobil 17 yaşlı gənci vurub

Suraxanıda avtomobil 17 yaşlı gənci vurub



Bakının Suraxanı rayonunda gənc piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanunpress.com-un məlumatına görə, yolu keçən 2006-cı il təvəllüdlü Cavadov Kənan Taleh oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

  • Sosial şəbəkədə paylaş