Sizin reklam burada
Sizin reklam burada

Bakıda ikimərtəbəli ev yanıb

Bakıda ikimərtəbəli ev yanıb



Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Qanunpress.com-a verilən məlumata görə, rayonda ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 4 otaq və mansardadan ibarət evin mansardasının yanar konstruksiyaları 200 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkədə paylaş