Sizin reklam burada
Sizin reklam burada

Nazirlik Naxçıvanda yoxlamalara başladı

Nazirlik Naxçıvanda yoxlamalara başladı




Fövqəladə Hallar Nazirliyi (FHN) Naxçıvan Muxtar Respublikasında (NMR) yaşayış binalarının davamlılığının yoxlanılmasına başlayıb.
Bunu “Report”a açıqlamasında nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın digər ərazilərində tətbiq edilən bütün qanunvericilik aktları Naxçıvanda da tətbiq ediləcək.
“Bəzi binaların möhkəmliyini yoxlayır, aparılacaq tikintilərə dövlət nəzarətini həyata keçiririk”, - deyə rəis müavini qeyd edib.

  • Sosial şəbəkədə paylaş