Sizin reklam burada
Sizin reklam burada

Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb, yaralılar var

Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb, yaralılar var





Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Qanunpress.com-un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb. Hazırda onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş