
Sumqayıtda aktiv koronavirus xəstələrinin sayı məlum olub.
Xeberle.com-un məlumatına görə, hazırda Sumqayıtda COVİD 19 testi pozitiv çıxaraq müalicə prosesinə cəlb edilmiş xəstələrin sayı 1200-ü ötüb. Bu xəstələrdən 225 nəfəri izolyasiya olunaraq evdə, digərləri isə xəstəxanalarda müalicələrini davam etdirirlər.
Qeyd edək ki, dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Bakıdan sonra Sumqayıtda daha çox yoluxma faktının qeydə alındığı bildirib. O, Sumqayıtda yoluxmanın Azərbaycanda olan ümumi aktiv xəstələrin 15 faizini təşkil etdiyini qeyd edib.
İyulun 3-ə olan aktiv xəstə sayı isə 8212 nəfər təşkil edir ki, 15 faizi də 1231 nəfər edir.
