Sizin reklam burada
Sizin reklam burada

Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat





Respublika Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Fuad Məmmədov vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədov sərəncama götürülüb.

Digər Əmrlə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov hərbi prokurorun yeni müavini təyin edilib.

  • Sosial şəbəkədə paylaş