Sizin reklam burada
Sizin reklam burada

Böyükşor-Pirşağı yolundan istifadə edənlərin nəzərinə!

Böyükşor-Pirşağı yolundan istifadə edənlərin nəzərinə!


Böyükşor-Pirşağı avtomobil yolunun 6.5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 1 avqust saat 09:00-dan başlaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ