Sizin reklam burada
Sizin reklam burada

Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi

Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi



Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinə (Publik hüquqi şəxs) direktoru yenidən dəyişib.

“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Səfərov Cavid Məhərrəm oğlu sözügedən qurumun rəhbəri təyin edilib.
Qeyd edək ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində işləmiş Bədəl Fizuli oğlu Həsənov Aqrar Xidmətlər Mərkəzinin direktoru vəzifəsinə gətirilmişdi.

Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində işləyib.

  • Sosial şəbəkədə paylaş