Sizin reklam burada
Sizin reklam burada

Pezeşkian İlham Əliyevi təbrik etdi


Pezeşkian İlham Əliyevi təbrik etdi



İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Dünya müsəlmanlarının böyük bayramı olan Ramazan bayramı münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ramazan bayramı dünya müsəlmanları arasında sosial-dini bağların möhkəmlənməsini əks etdirən, mübarək Ramazan ayında ürəkdən edilən ibadətlərin səmərə verdiyini göstərən gözəl bir bayramdır.

Ümid edirəm ki, rəhmət və bərəkətlə dolu olan bu bayramın mübarəkliyi və xeyir-bərəkəti sayəsində bütün müsəlman xalqları arasında daha artıq həmrəyliyin yaranmasına, İslam ölkələrində sülh və sabitliyin bərqərar olmasına və ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə gündən-günə daha da genişlənməsinə şahid olacağıq.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram”.

  • Sosial şəbəkədə paylaş