Sizin reklam burada
Sizin reklam burada

Sumqayıtı Sarayla birləşdirən körpü bu tarixdə açılacaq

Sumqayıtı Sarayla birləşdirən körpü bu tarixdə açılacaq



Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.
Körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.

Artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

  • Sosial şəbəkədə paylaş