Sizin reklam burada
Sizin reklam burada

SABUNÇU RAYON MƏRKƏZİ XƏSTƏXANASININ DOĞUM ŞÖBƏSİNDƏ BİR UŞAQ NEÇƏYƏ BAŞA GƏLİR...?






Müstəqilliyimiz əldə ediləndən bəri Azərbaycan Səhiyyəsinin bir irəliləyən günün bu millət görmədi ki, görmədi. Əvvəl düşünürdülər ki, problem Oqtay Şirəliyyevdədi. Ölkə Prezidenti onu çıxardı, başqasına təyin etdi. TƏBİB yaratdı, xeyri olmadı ki, olmadı. İndi səhiyyə Nazirliyinə şikayət edirsən o atır TƏBİBin üstünə, TƏBİBə zəng edirsən,- "deyir bizim səlahiyyətmizdə deyil". Bilmirsən xəstənlə çalışasan, yoxsa bəzi bu "qəssab" həkimlərlə.
Bu yaxınlarda saytımıza, hələ adının çəkilməsini istəməyən bir şikayətçi, Sabunçu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsindən danışdıqları adamın qanın dondururdu. Şikayətçi xanım danışır ki, Sabunçu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verən hər bir hal, bizim niyə bu gündə olmağımızın təməlidir. Əgər bir uşağın doğuş xərci 4 - 5 min manata başa gəlirsə, deməli dünyaya gələn uşaq böyüyəndən sonra dünyaya neçəyə gəldiyini bilib, o da məcburdu ki, bu iyrənc usulu davam etdirsin. Şikayətçi xanım həmin doğum şöbəsində baş erməniləri belə izah edir.
Orada Mələk adında bir həkim var. Doğuşa gətirilən hamilə qadını və yaxınlarını müxtəlif bahanələrlə razı salırlar ki, doğuş keysəri üsulu ilə aparılsın. Özünün və uşağının həyatı üçün narahat olan xəstə və onun yaxınları məcbur olub buna razılaşır. Keysəri üsulunun öz qiyməti var, 1200 (bir min iki yüz) manat.
Uşaq azaca zəif olan kimi və ya xəstə imkanlı görünən kimi, uşağı şüşə altında aparata qoyulması kimi həyacan təbili çalınır. Bunun da günü 50 (əlli) manat və yada 100 (yüz) manata qədər "xidməthaqqı" tutur.
Bundan sonra, Uşaqda hansısa mikrobun olması bahənələri ortalığa çıxır. Bunun da öz haqqı olur.
Uşaq görmə, uşağı anaya vermə, yaxınlarına göstərmə və ya video, şəkil çəkilişi göndərmə. Nəticədə böyük-böyük pulların yığılması yaranır.
Burada qadın xəstəliyi ilə əlaqədar digər müalicə, müayinə işləri görülür ki, onun da hər birinin öz qiyməti var.
Özüdə Mələk həkim çox vaxt əməliyyatı özü etmir, amma əməliyyat zamanı özü orada olur. Çox zamanda, "istənilən" pullar onun kart hesabına köçürülür. Təkcə onun kart hesabın araşdırsalar görərlər ki, bu bir həqiqətdir.
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova xanıma deyirsən adamın üstünə elə çımxırır ki, adam ona şikayət etməyə peşman olur. TƏBİB, Səhiyyə nazirliyinin üstünə atır. Səhiyyə nazirliyi TƏBİBin. Bu cür süründürülən xəstə və onun yaxınları məcbur olub pulların verib, ağrımayan başına dəsmal bağlamır.
Bu kimi milli xusissiyətlərimizə arxayın olan həkimlər, arxayın a başların açıb öz bildikləri ilə məşğuldur.
Mövzunu diqqətdə saxlayacağıq...

  • Sosial şəbəkədə paylaş