Sizin reklam burada
Sizin reklam burada

Formula 1-ə görə Bakının bu yolları bağlanacaq

Formula 1-ə görə Bakının bu yolları bağlanacaq



Bakıda keçiriləcək 2024-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.
Avqustun 13-ü saat 23:00-dan etibarən mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq.

Məhdudiyyətlər 13-16 avqust tarixlərində gecə saat 23:00-dan səhər saat 06:00-dək davam edəcək.
Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, “Azadlıq”n kəsişməsindən “Puşkin” kəsişməsinə qədər

14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Xaqani-Rəşid Behbudov”n və “Xaqani-Azadlıq”n kəsişmələri arası

15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xəqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Bülbül-Xaqani”n və “Rəşid Behbudov-Xaqani” kəsişmələri arası

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

  • Sosial şəbəkədə paylaş