
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Rəqəmsal Nəqliyyat və Logistika Platformasının (Hazırlanması) satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Az Softvare System” QSC olub.
Qalib şirkətlə 6 560 800 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Az Softvare System” QSC 2016-cI ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Oqtay Hacıyev Rafiq oğludur. Hüquqi ünvanı AZ1022, Bakı Şəhəri Nəsimi Rayonu, Mərdanov Qardaşları, ev 117c,Ritz Plaza, M. 6-cı mərtəbə ünvanında yerləşir.
