
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti Və İdarəetmə Xidməti “Ağdam rayonu Qərvənd kəndinin layihələndirilməsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Conkago j.s.a.” şirkətinin Azərbaycan Respublikasındakı filialı və “İMA Energy” MMC Birgə Müəssisəsi olub.
Qalib şirkətlə 6 673 668 manat məbləğində müqavilə imzalanıb.
