Sizin reklam burada
Sizin reklam burada

Ermənistandan Aİ ölkələrinə viza prosedurları sadələşdirilə bilər

Ermənistandan Aİ ölkələrinə viza prosedurları sadələşdirilə bilər




Yaxın vaxtlarda Ermənistan vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza prosedurları sadələşdirilə bilər.
Bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

O bildirib ki, ölkəsi ilə ittifaq arasında hüquqi razılaşmaların əhatə dairəsi genişlənir:

“Bu məsələdə xüsusi diqqət məhz viza prosedurlarının liberallaşdırılmasına yönəlib. Hesab edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə müsbət irəliləyiş olacaq”.(“panorama.am”)

  • Sosial şəbəkədə paylaş