Sizin reklam burada
Sizin reklam burada

Qarabağ Universiteti ilə bağlı ilk vakansiya elan edildi

Qarabağ Universiteti ilə bağlı ilk vakansiya elan edildi




Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.
Təhsil Nazirliyindən bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir. Namizədlər ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərlər:
Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

  • Sosial şəbəkədə paylaş