Sizin reklam burada
Sizin reklam burada

"Türkiyə Superkuboku Xankəndidə keçirilsin" - Sinan Oğandan təklif

"Türkiyə Superkuboku Xankəndidə keçirilsin" - Sinan Oğandan təklif




Türkiyədə ATA alyansının prezidentliyə keçmiş namizədi Sinan Oğan futbol üzrə Türkiyə Superkubokunun Xankəndi şəhərində keçirilməsini təklif edib.
Bu barədə siyasətçi "X" sosial hesabında paylaşım edib.
"Əgər mütləq xaricdə oynamaq istəyirsinizsə, "Xankəndi" stadionunu tövsiyə edirəm. Əks halda bu final paytaxta yaraşar ancaq!", - deyə Sinan Oğan yazıb.
Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilməsi planlaşdırılan Türkiyə Superkuboku təxirə salınmışdı. Buna səbəb ərəb dövlətinin bəzi qadağaları olub.

  • Sosial şəbəkədə paylaş