Sizin reklam burada
Sizin reklam burada

ZAKİR FƏRƏCOV HANSI SƏBƏBDƏN YAVƏR VƏLİYEVİ "SUMQAYIT BULVAR" MMC-DƏN UZAQLAŞDIRDI?

ZAKİR FƏRƏCOV HANSI SƏBƏBDƏN YAVƏR VƏLİYEVİ "SUMQAYIT BULVAR" MMC-DƏN UZAQLAŞDIRDI?



Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin əsaslı təmir işlərinin satınalınması üzrə 07.07.2023-cü il tarixdə başladığı açıq tender müsabiqəsinə yekun vurululması və 05.09.2023-cü il tarixdə "SƏNAYE VƏ MÜLKİ TİKİNTİ-E-93" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.240.073,94 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı elan edilmişdir.

Tenderin şərtlərinə görə qalib elan edilmiş MMC cari ilin sonunadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri, Sülh küçəsi 3-də yerləşən inzibati binasının əsaslı təmir işlərini yerinə yetirməlidir.

"SƏNAYE VƏ MÜLKİ TİKİNTİ-E-93" MMC kimə məxsusdu?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə "SƏNAYE VƏ MÜLKİ TİKİNTİ-E-93" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 04.12.2007-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, İNŞAATÇILAR QƏS. ev.10 m.10, qanuni təmsilçisinin isə Vəliyev Yavər Şirin oğlu olduğu göstərilir.

Vəliyev Yavər Şirin oğlu kimdir?

Bir neçə il bundan əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ən yaxın adamlarından biri. Demək olar ki, Sumqayıt şəhərindəki yenidənqurma və təmir- tikinti işlərinin başında duran şəxslərdən biri. Hətta Zakir Fərəcov Sumqayıt şəhərində yeni dənizkənarı bulvar kompleksinin tikintisini də ona həvale edərək 2017-ci ilin aprelində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq direktor vəzifəsinə Yavər Vəliyevi təyin etmişdi. Amma dövrü mətbuatın yazdığına görə 18 avqust 2023-cü ildə Yavər Vəliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Bulvar" MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin əsaslı təmir işlərinin satınalınması üzrə tender müsabiqəsi isə dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə 07.07.2023-cü il tarixdə başlyıb. Yəni Yavər Vəliyev hələ şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Bulvar" MMC-nin baş direktoru vəzifəsindən çıxarılmamışdan öncə. Yəni yerlilərin, icra başçısı ilə biznesmenin aralarının yaxşı olduğu vaxtda. Ammaredajksiyamıza verilmiş ən səhih məlumatda bildirilir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əsaslı təmir işləri cari ilin mart ayına başlamış və bir neçə aya tamamlanmışdır. Yəni tender müsabiqəsinə başlayanda artıq təmir işləri bitirilibmiş.

Belə bir versiya var ki, Yavər Vəliyev hələ "Sumqayıt Bulvar" MMC-nin baş direktoru olarkən Abşeron-Xızı Regional Təhsil İdarəsinin əsaslı təmir işlərini şəxsi vəsaiti hesabına həyata keçirib. Sonra isə sözügedən məqsədlə büdcədən ayrılan vəsaiti tələb edib. Hətta məsələ mübahisə müstəvisinə qədər çatıb. Zakir Fərəcov Yavər Vəliyevə başqa işlər də təklif edib. Lakin Yavər Vəliyev israrla Abşeron-Xızı Regional Təhsil İdarəsinin əsaslı təmiri işlərinə xərclədiyi vəsaiti tələb edib. Bu isə Zakir Fərəcovun heç xoşuna gəlməyib. Ona görə də Zakir Fərəcov onu "Sumqayıt Bulvar" MMC-də tutduğu vəzifədən azad edib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əsaslı təmir işlərinin aparılmasını isə formal tender keçirməklə Yavər Vəliyevə verib.

Başqa bir versiyaya görə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Abşeron-Xızı Regional Təhsil İdarəsinin əsaslı təmir işlərini Yavər Vəliyevə Sumqayıtda son akkordları vurmaq üçün verib. Etibarlı mənbələrdən aldığımız məlumata görə Yavər Vəliyev Sumqayıtda vəzifə başına gətirilənə qədər də geniş biznes şəbəkəsinə malik olub. Digər bir çox biznesmenlər kimi o da Zakir Fərəcovun verdiyi vədlərə inanaraq, toruna düşərək şəxsi vəsaitlərini Sumqayıtın yenidənqurulması işlərinə yönəldib. Sonradan şəxsi pullarını geri götürə bilməyən Yavər Vəliyevlə icra başçısı arasında mübahisələr yaranıb. Bir müddət əvvəl dövrü mətbuatda sensaaiya kimi yayılmış, Sumqat bulvarı ərzisinda pamidor əkilməsi məsələsini də məhz Zakir Fərəcov gündəmə gətirərərək onu vəzifəsindən azad etmək üçün bir variant olub. Lakin onun bu formada asanlıqla vəzifəsindən getməyəcəyini görüb 1.240.073,94 manat dəyəri olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin əsaslı təmir işlərini ona verməklə kifayətlənib.

Qeyd edək ki, Yavər Vəliyev bundan başqa Sumqayıtda yerləşən "İlk-El" Mənzil Tikinti Kooperativinin direktorudur. 2016-cı ildən yaradılmış bu şirkət də Sumqayıtda yenidənqurma və təmir -tikinti işlərinə əlb olunub. Bundan başqa şəhərin görkəmli yerlərində yeni tikilmiş hündürmərtəbəli binaları da var.

Əyalətmedia.az

  • Sosial şəbəkədə paylaş