Sizin reklam burada
Sizin reklam burada

Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?

Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?





Etibarlı mənbələrdən redaksiyamıza daxil olmuş məlumata istinadən Qəbələ rayonununun Nic qəsəbəsində Qəbələ rayon Nic qəsəbəsi üzrə icra nümayəndəsi Məmmədov İbrahim, Nic qəsəbə bələdiyyə sədri Dalları Valeri və qəsəbə üzrə polis sahə müvəkkili Zamiq Nadirovun iştirakı ilə sözügedən "üçlüyün əlbir fəaliyyəti sayəsində" ərsəyə gəlməsinə dövlət büdcəsindən on minlərlə xərc çəkilərək inşaa edilmiş qəsəbənin mərkəzində yerləşən parkın ərazisi belə demək olar ki, sözün əsl mənasında əyyaşxanaya çevrilmişdir. Belə ki, bu parkda əvvəlcədən quraşdırılmış uşaq əyləncə mərkəzləri ləğv olunaraq yerində pivəxanalar və qumarxanalar təşkil olunmuşdur. Bir müddət əvvəl Qəbələ polis şöbəsinin yeni təyin olunmuş rəisi polis polkovniki cənab Fəxrəddin Abbasovun hədəfinə tuş gələn bir neçə bu cür qanunazidd fəaliyyət obyektləri barəsində müvafiq tədbirlər görülsədə sonradan haqqında bəhs etdiyimiz "qəhrəman üçlüyün" səyi nəticəsində işlər yenidən "köhnə axarına" qaytarılmışdır.
Nic qəsəbəsinin mərkəzində irili-xırdalı təqribən otuza yaxın ictimai iaşə obyektləri fəaliyyət göstərir. Təxminən isə ona yaxın pivəxana və bir neçə çay evi fəaliyyət göstərir. Ancaq burada sanitar qovşaq mərkəzdən xeyli aralıda, orta məktəb binasının yaxınlığında yerləşir. Həmin sanitar qovşaq isə sözün əsl mənasında anti sanitariya mərkəzinə çevrilib desək səhv etmərik.
Hələ nəzərə alsaq ki, istifadəyə yararsız bu sanitar qovşaqdan istifadə etməyə çalışan, pivəxanaların sərxoş müştəriləri orta məktəb şagirdlərinin gözləri qarşısında, sanitariya qovşağı istifadəyə yararsız olduğundan öz təbii ehtiyaclarını ərazinin həndəvərində ödəyirlər... (bu barədə danışmaq belə çətindir)
Nic qəsəbəsində qanunsuz tikililərdən fəaliyyət göstərən bir neçə marketlərin isə giriş-çıxış qapıları birbaşa əsas magistral yola açılır ki, bu da real təhlükə mənbəyidir. Əvvəllər qəsəbənin mərkəzində, magistral yolda yolayrıcı dairə var idi ki, həmin dairə sökülərək ləğv olundu. Dairə söküldükdən sonra isə qəsəbənin mərkəzində və yaxın magistral yolda mütəmadi olaraq yol nəqliyyat hadisələri baş verir. Belə hadisələrdən bəziləri piyadaların xəsarət alması və hətta ölümlədə nəticələnmişdir.
Nic qəsəbəsinin mərkəzində aylarla qalaqlanmış məişət tullantıları isə sözün əsl mənasında xəstəlik mənbəyidir.
Bütün bunlar bir yana qədim Qafqaz Albaniyasının etnosları olan udinlərə məxsus, kənarları hasarlanmış qəbiristanlığın hasarının bir hissəsi dağıdılaraq ərazinin daxilinə ayrıca giriş darvazası yerləşdirilib ki, bu da qəbiristanlığın ərazisində inşa edilmiş qaynaqçı sexinə giriş-çıxışı təmin edir. Həmin qaynaqçı sexi isə qəbiristanlığın ərazisində qəbiristanlığa aid olmayıb öz müştərilərinə xidmət göstərən sıradan bir obyektdir.
Nic qəsəbəsinin Abdallı məhəlləsinin qəbiristanlıq üçün nəzərdə tutulmuş ərazisi isə Nic bələdiyyəsi tərəfindən sakinlərə ev tikmək üçün xeyli müddət bundan əvvəl satılmışdır.
Nic qəsəbəsinin ərazisində yerləşən, əvvəlki tarix və coğrafiya dərs vəsaiti olan kitablarda və tarix xəritələrində "yaloylutəpə" adlanan tarixi əhəmiyyətli ərazi də sakinlərə ev inşa etmək üçün satılmışdır.
Sakinlərin dediklərinə görə Nic qəsəbəsinin bələdiyyə sədri istədiyi ərazini təyinatından asılı olmayaraq öz mülahizəsinə əsasən istədiyi kimi istifadə edir. Belə ki, lazım bildiyi ərazini təyinatından asılı olmayaraq satır, bağışlayır, özəlləşdirir və hətta "yeri gəldikdə" təyinatını belə dəyişdirir.
Nic icra nümayəndəsi isə həmin obyektlərdən bala-bala aylıq təyin etdiyi məbləğlərdə "haqqını" yığaraq Nic qəsəbə icra nümayəndəliyinin mühasibi ilə şərik qurduqları yanacaqdoldurma məntəqəsindən "yapışana bərəkət" deyib "sakit həyatını yaşayır. Bir də ki, möhürlədiyi arayışlardan və başqa sənədlərdən "müştərilər nə verərlər-verərlər"
Əgər hər hansısa bir sakin bu və ya bu kimi işlərə etirazını bildirərsə həmin halda "təhlükəsizlik məsələləri" ilə sahə müvəkkili məşğul olacaq.
Sahə müvəkkili hansı yolla və necə olur-olsun həmin sakinlə "bir konflikt" yaratmaqla onu inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə polisə müqavimət göstərdiyinə görə göndərəcək həbsə. Əgər bu yazılanlar şübhə doğurursa o, halda baxaq görək hələ son bir ildə Nic qəsəbə sahə müvəkkilinin məhkəməyə təqdim etdiyi işlər hansılar olub. Baxmayaraq ki, son dövrlərdə qəsəbədə azı on nəfərə yaxın sakinlərin iribuynuzlu mal-qarası oğurlanıb, üstü açılmayıb, qəsəbədə, parkın ərazisində qumar oyunları baş alıb gedir, fahişəlik yuvaları təşkil olunur və heç bir tədbir görülmür və s.i.a
Hörmətli oxucu bu mövzu diqqət mərkəzindədir və mövzuya dair bu silsilədən materiallar davam edəcək.
Yuxarıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq..
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?
Qəbələ rayonunun Nic qəsəbəsində nələr baş verir?

  • Sosial şəbəkədə paylaş