Sizin reklam burada
Sizin reklam burada

Sumqayıt icra hakimiyyətində Gündüz Əliyev hökmranlığı

Sumqayıt icra hakimiyyətində Gündüz Əliyev hökmranlığı





Sumqayıt icra hakimiyyətində nüfuz savaşı gedir və gənc şöbə müdiri Gündüz Əliyev rəqiblərini küncə sıxışdırır..
Son vaxtlar ölkə mətbuatında Sumqayıt şəhərində baş verən sosial narazılıqla bağlı xəbərlərin sayı çoxalmaqdadır. Bu xəbərlərdə əsasən Sumqayıt İcra Hakimiyyətinin yüksək vəzifəli şəxsləri tərəfindən dövlət müəsissələrində işçilərdən yığılan qanunsuz xərac, həmçinin şəhər məktəblərində baş alıb gedən problemlər və sahibkarlara qarşı edilən ayrı-seçkiliklərdən bəhs edilir.
Bütün bunların əsas səbəbkarları isə şəhər İcra Hakimiyyəti və onun rəhbərliyində vəzifə tutan məsul şəxslər göstərilir.
Mətbuatda yayılan məlumatlara əsasən, son günlər Sumqayıt Şəhər İcra hakimiyyəti daxilində xüsusi gərginlik hökm sürür. Bunun başlıca səbəbi isə İcra Hakimiyyətində təmsil olunan bir neçə şəxsin ikincilik uğrunda açıq savaşa başlamasıdır.
Mediada yayılan və təkzib olunmayan məlumatlara istinadən xəbər verir ki, əsas mübarizə icra başçısının birinci müavini Teymur Səmədov, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail Hüseynov və ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev arasında gedir. Məlumata görə, hazırki situasiyada yaşının və dövlət qulluğu təcrübəsinin az olmasına baxmayaraq, Gündüz Əliyev digər rəqiblərini küncə sıxışdırıb.
Maraqlıdır ki, məlumatlı mənbə Gündüz Əliyevin Zakir Fərəcovunyanında daha çox etimad qazanmasını gənc kadrın Sumqayıt İcra başçısının "bir nömrəli adamı” olması ilə əlaqələndirib. Hətta gənc kadrın müxtəlif kanallarla həm Teymur Səmədov, həm də Fəzail Hüseynov haqda icra başçısı Zakir Fərəcova dezinformasiyalar ötürdüyü və süni narazılıqlar yaradaraq bu narazılıqların ictimailəşməsinə şərait yaratdığı bildirilir.
Gündüz Əliyev indiki vəzifəsindən əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyinin rəis əvəzi postunda işlədiyi vaxt böyük korrupsiya və maxinasiyalara imza atması ilə yadda qalıb.
Bu sırada Gündüz Əliyevin rəhbərlik etdiyi həmin idarədə xeyli sayda "ölü canlar”ın olduğu, büdcədən ayrılan pulların düzgün təyinat üzrə yönəlmədiyi xüsusilə diqqət çəkir.
Məlumatlarda qeyd olunur ki, "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən və özünü "savadlı, idarəçiliyi elmi əsaslarla öyrənən” gənc kadr kimi təqdim edən Gündüz Əliyevin hazırda əsas fəaliyyət sahəsi Sumqayıt şəhərindəki iş adamlarını və obyektləri nəzarətdə saxlamaqdır.
Bildirilir ki, gənc şöbə müdiri yaxın ətrafı ilə söhbətdə birinci müavin Teymur Səmədov və Fəzail Hüseynov barəsində ölkə mətbuatında tirajlanan xəbərlərin onun xeyrinə olduğunu və daha çox belə ciddi məlumatların yayılmalı olduğunu belə dilinə gətirib.
Məlumatlara görə Gündüz Əliyevin qayınatası biznesmendir və Zakir Fərəcovla işbirliyi mövcuddur.
Milyonlar qazandıran mebel sexi? – Bu ki, inandırıcı deyil...
Məlumat üçün qeyd edək ki, Gündüz Əliyevin ləğv edilmiş MTN-ə xərac verməsi 2014-cü ilə təsadüf etsə də, onun maliyyə piramidasında yüksəlişi xeyli əvvələ təsadüf edir. Başqa sözlə desək, Gündüz Əliyev 2014-cü ildə MTN tərəfindən saxlanılanda onun malik olduğu sərvətin miqdarı adi mebel sexi sahibinin malik ola biləcəyi sərvətdən qat-qat çox idi. Əslində milli maraqların müdafiəsinə deyil, şəxsi maraqların təmininə istiqamətlənmiş MTN-nin diqqətini də məhz bu amil çəkmişdi. Elə buna görə də Gündüz Əliyevlə bağlı əməliyyat planı quran MTN onu saxlamaq, sahib olduğu pulların bir hissəsinə əl qoymaqla yanaşı, bu pulların mənbəyini də öyrənməyi hədəfləmişdi.
"Buta” əməliyyatı, yaxud həyatın cəhənnəmə çevrildiyi an...
Gündüz Əliyevin gəlir mənbəyini müəyyənləşdirmək, onun münasibətdə olduğu şxəslərin əhatə dairəsini öyrənmək üçün sahibkarın əlaqə telefonlarını nəzarətə götürən MTN, tezliklə ona 161 min manat məbləğində pul gələcəyini müəyyənləşdirir. Bu informasiyanın ardınca Gndüz Əliyevlə bağlı əməliyyat planı quran MTN, 2014-cü ilin dekabrında "Buta” kafesində mebel sexi sahibinə qarşı əməliyyat reallaşdırır. Axşam saat 20:00 radələrində "Buta” kafesində oturub pul gözləyən Gündüz Əliyevin gözlədiyi şəxs çox keçmir ki, kafeyə daxil olur. Lakin onun gətirdiyi pula toxunmaq Gndüz Əliyevə nəsib olmur. Belə ki, həmin şəxsin ardınca kafeyə daxil olan MTN əməkdaşları hər iki şəxsi saxlayaraq onların pullarına əl qoyur...
"Beloçka” torbasındakı gizlədilən pullar, məşhəri xatırladan istintaq...Mənbənin məlumatına görə, MTN-nin "Buta” əməliyyatı zamanı Gündüz Əliyevin ələ keçirilən pulları "Beloçka” tumlarının reklamı olan sellofan torbada olub. Hansı ki, Gndüz Əliyev hər zaman pulların məhz bu cür – ilk baxışdan adi görünən və kənardakı şəxslərdə heç bir maraq oyatmayan torbalarda daşınmasını həyata keçirib. Sex sahibi hesab edib ki, bu, təhlükəsizlik baxımından daha doğru və sınanılmış vasitədir. Maraqlı məqamlardan biri də sex sahibi ilə ilk istintaqın MTN-də deyil, "Sultan” kafesində gerçəkləşdirilməsidir. MTN əməkdaşları tərəfindən "Sultan” kafesinə gətirilən Gündüz Əliyev elə oradaca sözügedən qurumun əməkdaşları tərəfindən soğru-suala çəkilib. Pulların mənbəyi, təyinatı və s. kimi məsələlərə bağlı ona ünvanlanan saysız-hesabsız suallar qarşısında özünü itirən Gündüz Əlieyev bu pulları 2002-ci ildə açdığı mebel sexindən əldə etdiyini bildirib.
MTN göz yaşlarına inanmır...
Lakin onun bu arqumenti MTN əməkdaşları tərəfindən təbəssümlə qarşılanıb. Bunca pulun bir tək mebel sexi vasitəsi ilə qazanılmasının mümkünsüzlüyünü bildirən MTN əməkdaşları, ona bu barədə bilgili olduqlarını, onun telefonlarına uzun müddət nəzarət etdiklərini bildirib. Kafedə reallaşan istintaq zamanı MTN əməkdaşları həbs olunmamaq müqabilində Gündüz Əliyev qarşısında kifayət qədər ağır şərtlər qoyublar. Bu şərtlərin sırasında ələ keçirilən 161 min manatdan imtina etmək, MTN-ə aylıq xərac vermək, eləcə də bəzi məsələlərdə informasiya dəstəyi göstərmək yer alıb.
XalqXeber.Az

  • Sosial şəbəkədə paylaş